featured-image-47750

“Borussiya”nın (Dortmund) futbolçusu Mats Hummels Çempionlar Liqasının yarımfinal mərhələsində PSJ ilə cavab oyununda (1:0) yeganə qolun müəllifi olub.

Msport.az xəbər verir ki, bununla o, turnir tarixinin yarımfinalında fərqlənən ən yaşlı alman olub.

Hummels 35 yaş 143 günlüyündə rəqibi məyus edib. O, ümumilikdə bu mərhələnin ən yaşlı üçüncü qolçusudu.

Siyahıya 2011-ci ildə 37 yaş 148 günündə qol vuran Rayan Giqqz başçılıq edir. İkinci sırada 2023-cü ildə 37 yaş 54 günündə fərqlənən Edin Dzeko yer alır.

Qeyd edək ki, PSJ-ni hər iki matçda 1:0 hesabı ilə məğlub edən “Borussiya” finala yüksəlib.

Bənzər xəbərlər