Conatan Ta açıqladı: “Bayer”dən ayrılacağam”
“Bayer”in müdafiəçisi Conatan Ta gələcəyi ilə bağlı qərarını verib.
Msport.az xəbər verir ki, 29 yaşlı futbolçu mövsümün sonunda komandasını dəyişəcəyini açıqlayıb.
O, bununla bağlı rəhbərliklə danışdığını da vurğulayıb: “Müqaviləmi yeniləməməyə və burada qalmamağa qərar verdim. Bu barədə klubla açıq danışdım”.
Qeyd edək ki, 2015-ci ildən “Bayer”in formasını geyinən Conatan Tanın xidmətində ən çox maraqlı olan klub “Barselona”dır.