“CONCACAF Gold Cup”ın finalçıları bilindi
2025-ci il “CONCACAF Gold Cup” turnirinin finalçıları müəyyənləşib.
Msport.az xəbər verir ki, yarımfinalda ABŞ komandası Qvatemalaya (2:1), Meksika millisi isə Hondurasa (1:0) qalib gəlib.
Beləliklə, final oyununda Meksika və ABŞ futbolçuları üz-üzə gələcək. İyulun 7-də ABŞ-nin Hyuston şəhərindəki NRG stadionunda keçiriləcək oyun Bakı vaxtilə saat 03:00-da başlayacaq.