featured-image-19427

Kriştianu Ronaldunun xanımı Corcina Rodriqes ulduz futbolçunu bayram hədiyyəsi ilə təəccübləndirib.

Msport.az xəbər verir ki, Corcina sevgilisnə Rolls-Royce Dawn avtomobili bağışlayıb. O, sosial şəbəkələrdə 37 yaşlı portuqaliyalı futbolçuya necə sürpriz etdiyini göstərən görüntüləri paylaşıb.

Ronaldu sosial şəbəkələr vasitəsi ilə Corcinaya təşəkkür edib: “Təşəkkürlər, sevgilim mənim”.

Qeyd edək ki,  “Mançester Yunayted” Ronaldu ilə müqaviləni pozduqdan sonra hücumçu azad agentdir və boşdadır. Onun Səudiyyə Ərəbistanın “Əl Nəsr” klubuna keçməsi gözlənilir.

Bənzər xəbərlər