featured-image-27140

“Barselona”nın baş məşqçisi Xavi hesab edir ki, “Real”la İspaniya kubokunun yarımfinal matçının (0:4) birinci hissəsində yaxşı təsir bağışlayıblar.

Msport.az “Marca”ya istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis böyük hesablı məğlubiyyətlə bağlı belə deyib:

“Hesab edirəm ki, birinci hissə bizim xeyrimizə başa çatmalı idi. Bu çox ağır məğlubiyyətdir, bunu qəbul etmək çətindir.

İkinci qol bizim üçün ağır cəza oldu. İlk yarını çox yaxşı keçirsək də, üstünlükdən yararlana bilmədik.

Mən dəfələrlə demişəm ki, “Real” istənilən turnirdə favoritdir. Onlar Çempionlar Liqasının qalibidirlər. “Real” əla komandadır və bu gün bunu gördük.

Biz sona qədər mübarizə apardıq, hərçənd hesaba görə bunu demək olmaz. Biz öz imkanlarımızdan istifadə edə bilmədik. Finala çıxmadığımız üçün bir gücsüzlük hiss var”.

ANAR 

Bənzər xəbərlər