“Çoxları deyəcək ki, problem məndədir” - “Çelsi"nin baş məşqçisi
“Çelsi”nin baş məşqçisi Qrem Potter “Sauthempton”a məğlubiyyəti (0:1) dəyərləndirib.
Msport.az xəbər verir ki, 47 yaşlı mütəxəssis belə oyundan sonra tənqidləri normal qarşıladığını deyib:
“Evdə 0:1 hesabı ilə uduzduqdan sonra ünvanına səslənən istənilən tənqidi başa düşmək olar. Bizim zədəli oyuncularımız çox idi. Həm də yeni futbolçular hələ Premyer Liqaya adaptasiya olmayıblar. Çoxları deyəcək ki, problem məndədir. Lakin mən belə fikir səsləndirmək olmaz deməyəcəm. Mənim işim fəaliyyətimi davam etdirməkdir”.
ANAR ABDULLAYEV







