featured-image-66511

“Real”ın və İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellingem klublararası dünya çempionatı başa çatdıqdan sonra əməliyyat olunacaq.

Msport.az xəbər verir ki, o, 2023-cü ildən çiynindəki ağrılardan əziyyət çəkdiyini bildirib.

21 yaşlı futbolçu artıq qoruyucu geyimdən istifadə etməyin mümkün olmadığını deyib.

Qeyd edək ki, Bellingem 2023-cü ildən “Real”da çıxış edir. O, ötən mövsüm Madrid klubunda 54 oyuna 15 qol vurub, 14 qol ötürməsi edib.

Bənzər xəbərlər