featured-image-29575
Azərbaycanlı hücumçu Rüfət Dadaşov Almaniyada klubunu dəyişib. Msport.az xəbər verir ki, 31 yaşlı futbolçu yeni mövsümdən Berlin “Dinamo”sunun şərəfini qoruyacaq.
Bu barədə Şimal-Şərq Regional Liqasında çıxış edən Berlin təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Dadaşov hazırda “Şalke”nin əvəzedici komandasında çıxış edir. O, 2017/18 mövsümündə məhz “Dinamo”nun uğurları üçün çalışıb.

Bənzər xəbərlər