featured-image-55550

Türkiyə I Liqasında 8-ci turun oyunları keçirilir. Msport.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Ankaragücü” öz meydanında “Adanaspor”la qarşılaşıb.

Matç qolsuz bərabərliklə yekunlaşıb. Dadaşov 69-cu dəqiqədə Riyad Bayiçin əvəzinə meydana daxil olub.

8 oyundan sonra hesabında 10 xal olan Ankara təmsilçisi 20 komanda arasında 13-cü yeri tutur.

Bənzər xəbərlər