featured-image-51307

Azərbaycanlı futbolçu Rüfət Dadaşovun şərəfini qoruduğu Almaniyanın “Dinamo” (Berlin) komandası yoldaşlıq matçı keçirib.

Msport.az xəbər verir ki, paytaxt təmsilçisi İtaliyanın “Sampdoriya” klubu ilə üz-üzə gəlib.

Qarşılaşma “Dinamo”nun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 13-cü dəqiqədə start heyətində yer alan və 61-ci dəqiqədə əvəzlənən Dadaşov vurub.

Bənzər xəbərlər