featured-image-47566

Türkiyənin “Hatayspor” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib. Msport.az xəbər verir ki, milli komandamızın üzvü Renat Dadaşovun çıxış etdiyi komandanı bundan sonra Özhan Pulat çalışdıracaq.

Qeyd edək ki, kluba yeni idman direktoru da təyin olunub. Bu vəzifədə vaxtilə “Qəbələ”ni çalışdırmış Fatih Kavlak işləyəcək.

“Hatayspor” Türkiyə Super Liqasında 33 xalla 18-ci yeri tutur.

Bənzər xəbərlər