Dadaşov və Nəzərli oynadı, komanda heç-heçə etdi
Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun və U-19 yığmasının üzvü Həsən Nəzərli Türkiyənin “Ankaragücü” klubunda növbəti oyunlarını keçiriblər.
Msport.az xəbər verir ki, paytaxt təmsilçisi A qrupundakı ilk qarşılaşmasında “İskenderunspor”la üz-üzə gəlib.
Qarşılaşma heç-heçə başa çatıb – 1:1.
Dadaşov və Nəzərli matça ilk “11-lik”də başlayıb və sonadək meydanda olublar.