Dadaşovdan növbəti qol
Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Ankaragücü” Türkiyə I liqasında növbəti oyununa çıxıb.
Msport.az xəbər verir ki, paytaxt təmsilçisi IV turda “İstanbulspor”u qəbul edib.
Doğma azarkeşləri önündə 2:1 hesablı qələbə qazanan ankaralıların uğurunda Dadaşov da pay sahibi olub. Belə ki, 25 yaşlı forvard 39-cu dəqiqədə hesabı açıb. Qarşılaşmanı əvəzedilmədən keçirən Renat bu gün Azərbaycan millisinin düşərgəsinə yollanacaq.
Qeyd edək ki, hazırda “Ankaragücü”nün aktivində 6 xal var.