featured-image-24022

Almaniyanın Qərb Regional Liqasında 24-cü turun oyunları keçirilib.

Msport.az xəbər verir ki, azərbaycanlı hücumçu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Oberhauzen”lə qarşılaşıb və böyük hesabla uduzub – 1:4.

Rüfət bu görüşün iştirakçısı olmayıb. Bu mövsüm 9 qol vurmuş futbolçunun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

“Şalke” bu nəticədən sonra 35 xalla 18 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.

Bənzər xəbərlər