Dadaşovun komandasından səfər qələbəsi
Türkiyə I Liqasında VII turun oyunları davam edir.
Msport.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Ankaragücü” səfərdə “Yeni Malatyaspor”un qonağı olub. Qarşılaşma paytaxt təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Renat da bu görüşün iştirakçısı olub. 25 yaşlı forvard 82-ci dəqiqədə meydana daxil olub.
Xallarını 13-ə yüksəldən “Ankaragücü” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.