featured-image-46179

“Dadaşovun zədələnməsi bizə böyük zərbədi”.

Msport.az xəbər verir ki, bunu Almaniyanın Regionalliqasında çıxış edən Berlin “Dinamo”sunun baş məşqçisi Dirk Kunet açıqlayıb.

O, məşq zamanı komanda yoldaşı ilə toqquşaraq dizindən xəsarət alan Azərbaycan millisinin sabiq forvardının hazırkı durumuna aydınlıq gətirib. Çalışdırıcı 32 yaşlı oyunçunun ən yaxşı halda son iki turda komandaya kömək edə biləcəyini söyləyib: “Təxminən 4-6 həftə onsuz qalmalıyıq. Sevindirici haldı ki, çarpaz bağ yırtılmayıb. Renat bizim təkcə hücumçumuz deyil, həm də aparıcı oyunçumuzdu”.

Qeyd edək ki, “Dinamo” Almaniya Regionalliqasında hazırda 3-cü pillədə yer alır və liderdən 3 xal geri qalır. Rüfət Dadaşov isə bu mövsüm çempionatda 14 qola imza atıb.

Bənzər xəbərlər