Daha bir argentinalı Messinin yanına gedə bilər
Lionel Messini transfer edən “İnter Mayami” daha bir argentinalı dünya çempionunu dəvət etmək istəyir.
Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.
MLS təmsilçisi “Yuventus”dan ayrılan Anxel di Mariyanı heyətə cəlb etmək niyyətindədir.
35 yaşlı Di Mariya ötən mövsüm Turun klubunda bütün turnirlərdə 40 oyunda 8 qol vurub və 7 məhsuldar ötürmə verib.
Əvvəllər o, PSJ, “Mançester Yunayted”, “Real” ‘Benfika” klublarında da çıxış edib.







