Daha bir futbolçu “Fənərbaxça”dan getdi
Qana millisinin üzvü Aleksandr Djiku qarşılıqlı razılıq əsasında “Fənərbaxça” ilə müqaviləsini pozub. Msport.az xəbər verrir ki, müdafiəçi 2023-cü ilin yayından İstanbul klubunun şərəfini qoruyurdu.
O, “Fənər”in heyətində 75 oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə verib.
Qeyd edək ki, Djiku ilə Moskva “Spartak”nın yaxından maraqlandığı deyilir. Rusiya klubu onunla 2027-ci ilə qədər müqavilə bağlamaq istəyir.