featured-image-32973

“Neftçi”nin maraq göstərdiyi Jason Lokilo paytaxt klubuna gəlməkdən imtina edib. Msport.az-ın əldə etdiyi məlumata görə, konqolu futbolçu “ağ-qaralar”da qeyri-müəyyənliyin davam etdiyi üçün belə addım atıb.

24 yaşlı vinger Bakı təmsilçisində hələ də baş məşqçi məsələsinin həll olunmadığını əsas səbəblərdən biri kimi səsləndirib.

Lokilo özünə artıq yeni variantlar axtarmağa başlayıb.

Qeyd edək ki, o, 2017-ci ildə “Kristal Pelas”la müqavilə bağlasa da, heç vaxt bu klubda oynamayıb. Yarımmüdafiəçi müxtəlif illərdə “Loryent” (Fransa), “Donçester” (İngiltərə), “Qornik” (Polşa), “Sparta Rotterdam” və “İstanbulspor”da çıxış edib.

Lokilo son olaraq icarə əsasında forma geyindiyi “İstanbulspor”da 16 matçda 4 dəfə fərqlənib.

Xatırladaq ki, “Neftçi”nin daha əvvəl anlaşma əldə etdiyi Miha Blaziç “Lex”ə keçib. Klubun maraq göstərdiyi Jarl Marqarita isə “Sabah”la anlaşıb.

Bənzər xəbərlər