featured-image-26693

Argentina millisinin müdafiəçisi Qonsalo Montiel bir qrup şəxslə birlikdə zorlamada ittiham olunur.

Msport.az xəbər verir ki, martın 30-da Argentinada ağırlaşdırılmış cinsi təcavüz iddiası ilə bağlı şikayət qeydə alınıb.

Bəyanata görə, qanunsuz hərəkətlərdə mümkün müttəhimlərdən biri də Montieldir.

Qeyd olunur ki, hadisə 2019-cu il yanvarın 1-də, futbolçunun ad günündə, yaşadığı evdə baş verib. Zorakılığın qurbanı Montiellə münasibətdə olan yerli model olub. Vəkilin sözlərinə görə, o, Montielin anası da daxil olmaqla, oyunçunun ətrafı tərəfindən hədələr alıb.

Bənzər xəbərlər