featured-image-39747

İtaliyanın “Roma” klubunun futbolçusu Alessandro Florentsi diskvalifikasiya ilə üzləşə bilər.

Msport.az yerli ABI agentliyinə istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçi qeyri-qanuni mərc oynamaqda ittiham olunur.

Turin prokurorluğu oyunçunu şübhəli şəxs qismində reyestrə daxil edib və hazırda araşdırma aparılır.

Daha əvvəl İngiltərənin “Nyukasl” komandasında çıxış edən Sandro Tonali oxşar ittihama görə artıq cəzalandırılıb. O, qarşıdakı Avropa çempionatı da daxil olmaqla, 12 ay futbol oynamayacaq.

Qeyd edək ki, Alessandro Florentsi cari mövsüm “Milan”ın heyətində 13 matçda iştirak edib.

Bənzər xəbərlər