featured-image-20468

Futbol üzrə Ekvador millisinin baş məşqçisi Qustavo Alfaro postundan ayrılıb.

Msport.az xəbər verir ki, bu barədə Ekvador Futbol Federasiyası məlumat yayıb.

60 yaşlı mütəxəssislə başa çatan müqaviləni yeniləməyə ehtiyac duyulmayıb.

2020-ci ildə Ekvador yığmasının sükanı arxasına keçən argentinalı məşqçi komandanı Qətərdə baş tutan dünya çempionatına aparıb. Ekvador millisi DÇ-2022-nin qrup mərhələsində 4 xal toplasa da, növbəti raunda yüksələ bilməyib.

Bənzər xəbərlər