Daha bir ölkənin Çempionlar Liqasında 5 klubu olacaq - RƏSMİ
Daha bir ölkə 2025-26 mövsümündə UEFA Çempionlar Liqasında 5 komanda ilə təmsil olunacaq.
Msport.az xəbər verir ki, İngiltərədən sonra İspaniya da bu hüquqa rəsmən yiyələnib.
Son olaraq “Latsio”nun Avropa Liqasının 1/4 final mərhələsində mübarizəni dayandırması ilə İtaliyanın UEFA reytinqində İspaniyanı keçmək şansı qalmayıb.
Doğrudur, “İnter” Çempionlar Liqasında, “Fiorentina” Konfrans Liqasında mübarizəni davam etdirir. Lakin onların uğuru da buna kifayət etməyəcək. Hazırda üçüncü sıradakı İtaliya 21,187 əmsala, ikinci pillədəki İspaniya isə 23,250 əmsala malikdir.
Qeyd edək ki, İspaniya klublarından “Barselona” Çempionlar Liqasının, “Atletik” Avropa Liqasının, “Betis” isə Konfrans Liqasının yarımfinalındadır.







