Daha bir tanınmış futbolçu Səudiyyə Ərəbistanına getdi
Daha bir tanınmış futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. Msport.az xəbər verir ki, Joau Kanselu “Əl Hilal”la müqavilə bağlayıb.
“Mançester Sii” 30 yaşlı müdafiəçinin komandadan ayrıldığını açıqlayıb. Portuqaliya millisinin üzvü “Əl Hilal”la 2027-ci ilə kimi anlaşıb.
Mətbautda Səudiyyə Ərəbistanı klubunun Kanseluya 3 ilinə görə 70 milyon avro əməkhaqqı təklif etdiyi yazılıb.
Qeyd edək ki, müdafiəçi ötən mövsüm icarə əsasında “Barselona”da çıxış edib. Kanselunun “Siti” ilə müqaviləsi 2027-ci ilə kimi idi.