Daha bir ulduz Səudiyyə Ərəbistanına köçür
“Milan”ın futbolçusu Teo Ernandes karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
Msport.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano paylaşım edib.
Onun sözlərinə görə, sol cinah müdafiəçisi “Əl-Hilal”la anlaşıb. 27 yaşlı futbolçuya illik 20 milyon avro maaş təklif olunub. Hazırda klublar keçidi yekunlaşdırmaq üzrədir. Yaxın vaxtlarda tərəflərin razılıq əldə edəcəyi gözlənilir.
Qeyd edək ki, Teo Ernandes ötən mövsüm bütün turnirlərdə 49 oyunda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.