featured-image-46365

Braziliya millisinin və “Barselona” klubunun sabiq müdafiəçisi Dani Alveş yenidən futbola qayıtmaq niyyətindədir.

Msport.az “El Pais” nəşrinə istinadən xəbər verir ki, keçmiş oyunçu yenidən bu sahədən dolana biləcəyinə əmindir.

O, həm də ictimai imicinin təmiz olacağına inanır.

Alveş futbolçu kimi dövrünün bitdiyinə inansa da, futbolda başqa rolda qalmaq niyyətindədir.

Qeyd edək ki, sabiq müdafiəçi qıza təcavüz etməkdə ittiham edilərək 4,5 il müddətinə azadlıqdan məhrum olunub. O, martın sonunda bir milyon avro girov müqabilində sərbəst buraxılıb.

Bənzər xəbərlər