Dani Alveş girov qarşılığında azadlığa buraxıldı
Braziliya millisinin sabiq futbolçusu Dani Alveş 1 milyon avroluq girov qarşılığında azadlığa buraxılıb.
Msport.az “Marca” nəşrinə istinadən xəbər verir ki, bu barədə Barselona məhkəməsi qərar çıxarıb.
Qeyd edək ki, Dani Alveş 2023-cü il yanvarın 20-də gecə klubunda bir qadına təcavüz etməkdə ittiham olunaraq saxlanılıb. “Barselona”nın sabiq müdafiəçisi fevralın 22-də 4.5 il azadlıqdan məhrum edilmişdi.