Dani Alveş həbsə görə kompensasiya ala bilər
Braziliya millisinin sabiq futbolçusu Dani Alveş bəraət aldıqdan sonra maliyyə kompensasiyası tələb edə bilər. Matc.az xəbər verir ki, Alveş həbsdə olduğu müddətdə ona dəyən ziyana görə kompensasiya ala bilər.
Bunun üçün o, yekun qərarın çıxarılmasından sonra bir il ərzində Ədliyyə Nazirliyinə müraciət etməlidi. Kompensasiyanın məbləği fərdi qaydada hesablanır. Ümumilikdə bu rəqəm hər gün üçün 25-50 avro arasında dəyişir. Beləliklə, 405 gün həbsdə qalan Alveş 10000-20000 avro aralığında kompensasiya ala bilər.
Ədliyyə Nazirliyinə təqdim ediləcək müraciətdə Alveş tələb etdiyi məbləği və həbsdə olduğu müddətdə çəkdiyi zərəri qeyd etməlidi. Hakimiyyət bu müraciəti 6 ay ərzində araşdıracaq. Əgər müraciət rədd olunsa və ya daha az məbləğ təklif edilsə, Alveş inzibati məhkəməyə müraciət edə bilər.
Qeyd edək ki, Kataloniya Ali Məhkəməsi sübutların yetərsizliyi səbəbindən “Dani Alveşi zorlamada günahkar hesab etməyib. Ötən ilin martında o, günahkar bilinib və 4,5 il həbs cəzası almışdı. Martın sonunda isə 1 milyon avro girov qarşılığında azadlığa buraxılıb.