featured-image-26207

Braziliya millisinin sabiq üzvü Dani Alves zorlama səbəbindən həbsxanadadır. Msport.az “Servimedia”ya istinadən xəbər verir ki, ulduz futbolçu yavaş-yavaş dəmir barmaqlıqlar arxasındakı həyata öyrəşir.

Mənbənin sözlərinə görə, Alves məhbualardan birinin gətirdiyi “Barselona” formalarına həvəslə imzasınl atır, əvəzində siqaret və içki alır. Həmin məhbus formaları orada cəza çəkən digər yoldaşlarına ötürür, onlar isə ailələrinə göndərirlər.

“Barselona”nın sabiq futbolçusu 2023-cü ilin yanvarından həbsxanadadır. Dani Alvesin günahı sübut olunarsa, onu 12 ilədək cəza gözləyir.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər