featured-image-45384

Braziliya millisinin və “Barselona”nın sabiq futbolçusu Dani Alves həbsxanadan buraxılmağa görə pulu hələ ödəmədiyindən azadlığa çıxmayıb.

Msport.az xəbər verir ki, bu haqda “Football Espana” məlumat yayıb.

Qeyd edək ki, Barselona məhkəməsi veteran futbolçunu 1 milyon avro qarşılığında zaminə buraxmağa razılıq verib.

Mənbənin sözlərinə görə, pul hələ köçürülməyib, bu isə o deməkdir ki, Alves ən azı hələ 24 saat həbsxanada qalacaq.

Xatırladaq ki, 40 yaşlı oyunçu ötən ilin yanvarında Barselonadakı “Satton” gecə klubunda bir qızı zorlamaqda ittiham olunur. Məhkəmə onun 4,5 il azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Bundan başqa, Alves zərərçəkmişə 150 min avro mənəvi təzminat da ödəyib.

Bənzər xəbərlər