featured-image-19714

Braziliyalı futbolçu Dani Alves seksual təcavüzdə ittiham olunur.

Msport.az ABC-yə istinadən xəbər verir ki, hadisə Barselonadakı “Sutton” klubunda baş verib. Polisə müraciət edən xanım iddia edir ki, klubda 39 yaşlı futbolçunun təcavüzünə uğrayıb. Onun sözlərinə görə, “Barselona”nın sabiq futbolçusu əlini onun alt paltarının içinə salıb.

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb. Alvesin ətrafındakı insanlar hadisəni təkzib edirlər. Onların sözlərinə görə, Braziliya millisinin üzvü gecə klubunda çox az müddətdə olub və həmin vaxt heç nə baş verməyib.

Qeyd edək ki, Dani Alves Meksikanın “Pumas” klubunda çıxış edir.

 

Bənzər xəbərlər