featured-image-63410

Kataloniya prokurorluğu “Barselona”nın və Braziliya yığmasının sabiq müdafiəçisi Dani Alveşə təcavüz işi üzrə bəraət qazandıran qərardan İspaniya Ali Məhkəməsinə kassasiya şikayəti verəcək.

Msport.az xəbər verir ki, prokurorluğun qənaətinə görə, braziliyalı futbolçunun məhkumluğunun ləğvi konstitusiya normalarını və İspaniya Cinayət Məcəlləsinin prinsiplərini pozur.

Qeyd edək ki, Kataloniya Ali Məhkəməsi Barselonanın gecə klublarından birində zorlama faktı ilə bağlı həbs edilən Dani Alvesə bəraət verib. O, bir milyon avro girov müqabilində sərbəst buraxılıb.

Bənzər xəbərlər