Dani Alves zaminə buraxılmadı
“Barselona” və Braziliya millisinin sabiq üzvü Dani Alvesi zaminə buraxmayacaqlar.
Msport.az “Diario Sport”a istinadən xəbər verir ki, Barselona məhkəməsinin qərarına əsasən zorlamada ittiham olunan futbolçu proses yekunlaşana qədər təcridxanada saxlanılacaq.
Vəkillər 39 yaşllı müdafiəçinin sənədinin əlindən alınaraq, yaşayış yerini tərk etməməklə azadlığa çıxmasına nail olmağa çalışırdılar. Onlar hətta Alvesin hər gün məhkəməyə gəlməsinə də razı idilər.
Xatırladaq ki, məşhur futbolçu gecə klubunda qızı zorlamada günahlandırılır və onu 12 il həbs cəzası gözləyir.
ANAR ABDULLAYEV







