Dani Alvesin girovunu ödəyən futbolçu
Braziliya millisinin və İspaniyanın “Barselona” klubunun sabiq futbolçusu Dani Alveşin həbsdən buraxılması üçün tələb olunan 1 milyon avroluq girovu ödəyən şəxs müəyyənləşib.
Msport.az “Dailysports” nəşrinə istinadən xəbər verir ki, həmin vəsaiti Niderland yığmasının və “Atletiko”nun oyunçusu Memfis Depay verib.
O, həmkarının azadlığa çıxmasına köməklik edib.
Qeyd edək ki, Depay Alveşlə “Barselona”da komanda yoldaşı olub.