Dani Alvesin həbsxanada ilk sözləri: "Mən heç nədən qorxmuram"
Zorlamada ittiham olunan Braziliya milli komandasının sabiq futbolçusu Dani Alvesin həbsxanadakı ilk ifadələri məlum olub.
Msport.az “Marca”ya istinadən xəbər verir ki, “Barselona”, PSJ, “Yuventus” kimi klublarda çıxış etmiş futbolçu 4 ildən 12 ilə qədər azadlıqdan məhrum oluna bilər.
“La Vanguardia” qəzeti müdafiəçinin dəmir barmaqlıqlar arxasında dediyi ilk sözləri dərc edib: “Mən nə baş versə, qəbul edəcəm. 15 yaşım olanda evi tərk etmişəm və müstəqil yaşamağa başlamışam.
Həyatımda çox çətinliklərin öhdəsindən gəlmişəm. Bu da onlardan biri olacaq və bu da keçəcək. Mən heç nədən qorxmuram”.
Alves həbsxanada “Barselona”nın sabiq hücumçusu Ronaldinyonun mühafizəçisi ilə bir otaqda qalır.
ANAR ABDULLAYEV







