featured-image-44797

“Barselona” və Braziliya millisinin sabiq futbolçusu Dani Alvesin həbsxanada intihar etməsi barədə xəbər yayılıb. Msport.az xəbər verir ki, braziliyalı jurnalist Paulo Albukerke sosial şəbəkədə bu  barədə paylaşım edib.

Məşhur oyunçunun mətbuat katibi Akaz Felleqqe yayılan xəbəri təkzib edib: “Rio-de-Janeyrodan olan jurnalist Paulo Albukerke bunu öz “tvitter” səhifəsində paylaşıb. Heç bir əsas olmadan. Bu başdan-ayağa yalandır. Mən vəkillə danışdım, bu məsuliyyətsiz adamı məhkəməyə vermək lazımdır”.

Futbolçunun qardaşı Ney Alves də bu məlumatı yalan adlandırıb.

Xatırladaq ki, Alves ötən ilin yanvarında Barselonadakı “Santos” gecə klubunda bir qızı zorlamaqda ittiham olunurdu. 2024-cü ilin fevralında məhkəmə veteran futbolçunu 4,5 il azadlıqdan məhrum edib. Bundan başqa, o, zərərçəkmişə mənəvi təzminata görə, 150 min avro da ödəməlidir.

Bənzər xəbərlər