featured-image-23141

İspaniyanın Barselona şəhərindəki gecə klubunda qızı zorlamaqda ittiham olunan Braziliya millisinin sabiq futbolçusu Dani Alvesin vəkili Kristobal Martell müştərisinin xanımla cinsi əlaqədə olduğunu etiraf edib.

Msport.az xəbər verir ki, o, dekabrın 30-da “Sutton” barında qızın Alveslə könüllü şəkildə tualetə getdiyini və cinsi əlaqədə olduğunu bildirib.

Hüquqşünasın sözlərinə görə, əgər zor tətbiq olunsaydı, o zaman xanımın vagina hissəsində zədələr müəyyən edilərdi.

Martell həmçinin braziliyalı oyunçunun Barselonada açdığı iki firmanın hesabatını göstərərək sübut etməyə çalışıb ki, Alvesin İspaniyadan qaçmaq riski yoxdur. O, təhlükəsizlik kameralarından təqdim olunan görüntülərə əsasən də ittiham etməyin mümkünsüz olduğunu vurğulayıb.

Qeyd edək ki, Dani Alvesin günahı sübut olunarsa, onu 12 il həbsxana həyatı gözləyir.

ANAR ABDULLAYEV 

 

 

Bənzər xəbərlər