Danimarka millisinin üzvü “Volfsburq”da
Danimarka millisinin yarımmüdafiəçisi Andreas Skov Olsen Belçikanın “Brügge” klubunu tərk edib.
Msport.az xəbər verir ki, 25 yaşlı futbolçu karyerasını Almaniya Bundesliqasında – “Volfsburq”da davam etdirəcək. Onunla müqavilə 2029-cu ilə qədər nəzərdə tutulub.
Olsen yeni komandasında 7 nömrəli formada çıxış edəcək.