featured-image-47649

İngiltərənin “Vest Hem” klubunun futbolçusu Məhəmməd Kudus cari mövsüm Avropanın “Top 5” Liqalarında rekorda imza atıb.

Msport.az xəbər verir ki, o, buna Premyer Liqanın XXXVI turunda “Çelsi” ilə matçda nail olub.

Qanalı yarımmüdafiəçi sözügedən qarşılaşmanı 14 driblinqlə (17 cəhddə) tamamlayıb.

Bu isə 2023/2024 mövsümündə Top 5 Liqalarda ən yaxşı nəticədir.

Qeyd edək ki, qarşılaşma “Çelsi”nin 5:0 hesablı qələbəsi ilə bitib.

Bənzər xəbərlər