Daşqınlardan zərər çəkən insanlar üçün xeyriyyə oyunu
İspaniya milli komandası daşqınlardan zərər çəkən insanlara kömək məqsədilə xeyriyyə oyunu keçirəcək.
Msport.az xarici mətbuata istinadən xəbər verir ki, görüşün gələn ilin mart ayında Valensiya şəhərində oynanılması nəzərdə tutulub. Matçdan əldə ediləcək gəlir daşqınlar zamanı zərər görən insanlara xərclənəcək.
Hələlik oyunun hansı ölkənin yığmasına qarşı keçiriləcəyi dəqiq deyil.
Qeyd edək ki, son məlumatlara görə, İspaniyada ölümcül daşqınlar nəticəsində 200-dən çox insan həlak olub, minlərlə ev su və palçıq altında qalıb.