David Alaba millimizə qarşı oynamayacaq - "As"
Avstriya millisinin lideri David Alaba martın 24-də Azərbaycan yığması ilə keçiriləcək oyunu buraxacaq. Msport.az xəbər verir ki, bu barədə İspaniyanın “As” nəşri məlumat yayıb.
Qəzetin yazdığına görə, “Real”ın müdafiəçisi bir aydır məşqlərə başlasa da, AÇ-2024-ün seçmə mərhələsinin ilk matçında oynaya bilməyəcək.
30 yaşlı futbolçu martın 27-də Estoniya seçməsi ilə görüşə hazırlaşır. Alaba həmin qarşılaşmada yaşıl meydana qayıda bilər.
AYXAN







