David de Xeanın toyu olub - FOTOLAR
İspaniya millisinin qapıçısı David de Xeanın dünən toyu baş tutub. Msport.az xəbər veirir ki, 32 yaşlı futbolçu müğənni Edurne Qarsiya ilə nigaha girib.
Son olaraq “Mançester Yunayted”də çıxış edən qolkiper sosial şəbəkələrdə toydan fotolarını paylaşıb.
Qeyd edək ki, de Xeanın “Yunayted”lə müqaviləsi iyunun 30-da başa çatıb. Onun İngiltərə klubu ilə danışıqları davam etdirməsinə dair xəbərlər yayılıb. Qapıçı 2011-ci ildən “qırmızı şeytanlar”ın şərəfini qoruyur.










