featured-image-62418

İspaniya millisi və “Barselona”nın keçmiş hücumçusu David Vilya Kataloniya təmsilçisinə məsləhət verib.

Msport.az xəbər verir ki, veteran futbolçu Robert Levandovski ilə yollar ayrıldıqdan sonra polşalı forvardı kimin əvəz edə biləcəyi ilə bağlı fikirlərini bölüşüb:

“Bunu edə biləcək çoxlu hücumçu var. Ancaq məsələ təkcə kimin uyğun olacağı deyil, həm də keçidin reallaşmasıdır. Çox yaxşı hücumçular var. Məsələn, Aleksander İsak çox güclüdür və La Liqa ilə tanışdır. Mərkəz hücumçusu deyərkən, şübhəsiz ki, ağlıma Erlinq Holann gəlir. Amma “Mançester Siti”nin onu buraxıb- buraxmayacağını bilmirəm. İstənilən halda, mən əminəm ki, klub lazım olan məqamda Levandovski üçün əvəzləyici tapmaq və onu heyətə qatmaq üçün böyük iş görəcək”.

Qeyd edək ki, Levandovskinin “Barselona” ilə gələn ilin yayınadək müqaviləsi var.

Bənzər xəbərlər