featured-image-17204

İran milli komandasının kapitanı Əlirza Cahanbaxşa mətbuat konfransı zamanı ölkəsində baş verən hadisələrlə bağlı sual verilib.

Msport.az “The Guardian”a istinadən xəbər verir ki, “Feyenoord”da çıxış edən futbolçu “İrandakı etirazlar yığmanın mundiala hazırlığına mane olurmu” sualına belə cavab verib:

“Təəccüblənmirəm ki, belə sual verirsiniz. Güman edirəm ki, siz İngiltərə mediasındansız. Birincisi, mən əmin deyiləm ki, İngiltərə bizimlə eyni qrupda olmasaydı, bu sualı verəcəkdinizmi. İkincisi, artıq neçə vaxtdır ki, İngiltərə mətbuatından belə suallar eşidirik. Dünya çempionatı qabağı sizin başlıqları görmüşəm.

Dörd gündən sonra həyatımızın ən vacib oyununu keçirəcəyik və hamımız buna köklənmişik.

Düzünü desəm, millidə olmasaydım və mənə bu sualı versəydiniz, fərqli cavab verərdim. Uşaqlıqdan yığmada oynamağı arzulamışam. Bizim bütün futbolçular haqqında da eyni sözü demək olar. Nə olur-olsun, həmişə millinin formasına hörmətlə yanaşırıq. İran yığmasında olanlar səylə çalışıblar ki, dünya çempionatında çıxış etsinlər.

Biz çətinliklərdən keçmişik. Çoxlu yüksəliş və enişlər olub, hər mənada. Lakin fikirləşirəm ki, futbol sayəsində insanlara sevinc və xoşbəxtlik bəxş edə bilərik”.

Daha sonra Cahanbaxşa “qoldan sonra sevinəcəklərmi və İngiltərə ilə matçdan öncə himni oxuyacaqlarmı” sualı verilib:

“Siz sevinməyi soruşursunuz, amma bu, şəxsi məsələdir. Hər futbolçuda fərqli ola bilər. Himnə gəlincə isə, bunu komandanın daxilində müzakirə edəcəyik. Artıq bu barədə danışmışıq. Bizim yığmada hər kəs futbol haqqında düşünür və danışır”.

İran seçməsi noyabrın 21-də dünya çempionatında ilk oyununu İngiltərəyə qarşı keçirəcək.

Bənzər xəbərlər