featured-image-16043

Ukrayna Futbol Federasiyasının İcraiyyə Komitəsi FİFA-ya müraciət edib.

Msport.az “Sky Sports”a istinadən xəbər verir ki, ukraynalılar İranın dünya çenpionatından uzaqlaşdırılmasını tələb edirlər.

Ukrayna tərəfi iddia edir ki, İran Rusiyanı silahla təmin edir və FİFA-nın insan hüquqlarına hörmətlə yanaşmaq, diskriminatsiya prinsiplərinə zidd davranır.

Xatırladaq ki, bir müddət əvvəl iranlı bəzi oyunçular  və futbol adamları milli komandanın mundialdan uzaqlaşdırılmasını tələb etmişdilər.

Qeyd edək ki, Qətərdə keçiriləcək dünya çempionatına noyabrın 20-də start veriləcək.

Bənzər xəbərlər