featured-image-15245

Dünya çempionatının startına bir ay qalır. Artıq bəzi ulduz futbolçuların zədə səbəbindən Qətərə gedə bilməyəcəyi məlum olub.

Msport.az mundialı zədə səbəbindən buraxacaq futbolçuları xatırlayır:

Nqolo Kante (Fransa) 

media-rue3ab5be1aa7

“Çelsi”nin yarımmüdafiəçisi xeyli vaxt idi ki, zədədən əziyyət çəkirdi. Kante bərpa prossesi keçərkən vəziyyəti daha da pisləşib. London klubu futbolçunun əməliyyat olunacağını və 4 ay yaşıl meydanlardan kənarda qalacağını açıqladı.

Bubakar Kamara (Fransa) 

Universal yarımmüdafiəçi “Marsel”də yaxşı mövsüm keçirmişdi. Bunun sayəsində o, yığmanın yay oyunlarına dəvət aldı və İngiltərə Premyer Liqasına yollandı. Sonra Kamara dizindən zədə aldı və yalnız noyabrın sonlarında yaşıl meydanlara qayıda biləcək. Çətin ki, Deşam onu bu vəziyyətdə Qətərə aparsın.

Ris Ceyms (İngiltərə) 

Ceyms bir ay ərzində İngiltərə yığmasının zədələnmiş 3-cü sağ cinah müdafiəçisi oldu. “Çelsi” rəsmi açıqlamasında qeyd etdi ki, onun bərpası 8 həftə çəkəcək. Əgər belə olsa, Ris heç cür turnirin əvvəlinə çatmayacaq. Futbolçu özü mediaya açıqlama verib ki, Qətərdə İngiltərə yığmasının şərəfini qorumaq üçün əlindən gələni edəcək. Möcüzəyə ümid bəsləyək.

Ronald Arauxo (Uruqvay)

“Barselona”nın müdafiəçisi Uruqvay seçməsində arxa xəttin dirəyi olmalı idi. Lakin onun zədəsi ciddi idi, əməliyyat olundu və artıq bərpa keçməyə başlayıb.  Dünya çempionatına qədər o, “Barselona”da dəqiq oynamayacaq. Qətərə getmək şansı da çox azdır.

Corcinyo Veynaldum (Niderland) 

media-rue3f04487781

Niderland millisinin vitse-kapitanının mundialı buraxacağı hələ yayda məlum olmuşdu. Ağır zədə alan Veynaldum yeni ildən məşqlərə başlaya biləcək.

Diequ Jota (Portuqaliya) 

“Liverpul” “Mançester Siti” üzərində qələbə qazandı: ancaq pis xəbərlər də var idi. 94-cü dəqiqədə Jota zədə aldı. Portuqaliyalı futbolçu tibbi müayinədən keçdikdən sonra məlum oldu ki, vəziyyət yaxşı deyil. Yurgen Klopp: “Söhbət bir neçə aydan gedir”.

Bruno Martins İndi (Niderland) 

Lui van Qal yayda müdafiəçini yığmaya qaytardı. Ancaq Bruno Qətərə dəqiq getməyəcək. O, sentyabrda “Ayaks”la görüşdə zədələndi. İndi 2014-cü ildə olduğu kimi van Qalın əsas müdafiəçisinə çevrilə bilərdi.

Artur Melo (Braziliya) 

Artur çox istəyirdi ki, dünya çempionatında forma geyinsin. Titenin orta sahədə çox da seçim imkanı olmadığından Melo bu il də Braziliya yığmasında şans əldə edə bilmişdi. Mundialın xətrinə Artur istirahətsiz formasını bərpa etmək istəyirdi, lakin nəticədə zədələndi. Futbolçu etiraf etdi ki, dünya çempionatında oynamaq onun əsas arzularından biri idi.

Pol Poqba (Fransa) Sual altındadır 

Fransa millisnin ikinci əsas dayaq yarımmüdafiəçisi yaydan burselona” yana oynamır. Onun dizində əməliyyat olmuşdu. “Yuventus”un baş məşqçisi Alleqri qeyd edib ki, Poqbanın yanvardan tez qayıdışını gözləməyə dəyməz. Lakin mətbuatın yazdığına görə, bərpa prossesi uğurla keçir. Az da olsa şans var ki, Poqba dünya çempionatına kimi sıraya qayıtsın.

Lyuka Ernandes (Fransa) Sual altındadır 

Müdafiəçi sentyabrın ortalarında “Barselona” ilə oyunda zədələnib. Bu yaxınlarda o, yavaş-yavaş qaçmağa başlayıb. Ernandesin agenti əmindir ki, futbolçu dünya çempionatına kimi bərpa olacaq. Ancaq “Bayern Münhen”in baş məşqçisi Yulian Naqqelsmann elə də nikbin deyil: “Çox ciddi zədədir, o, daha bir müayinədən keçməlidir. Tələsmək olmaz”.

Kaylk Uoker və Trent Aleksandr-Arnold (İngiltərə) Sual altındadırlar 

Uoker və Trent Ceymsdən əvvəl zədələniblər. İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt bu məsələyə görə çox narahatdır. Lakin əvvəlcə Trent qayıtdı və “Siti”yə qarşı oynadı. Daha sonra isə Uokerin vaxtından əvvəl sağalacağı barədə xəbərlər yayıldı. Odur ki, Trent və Uoker dünya çempionatında çıxış edə bilərlər.

Kelvin Fillips (İngiltərə) Sual altındadır 

İngiltərə millisinin daha bir üzvü mundiala kimi bərpa olunmaq istəyir. “Siti”nin dayaq yarımmüdafiəçisi çiynindən zədə alıb əməliyyat olunmuşdu. Ancaq Qvardiola nikbindir. O, “Liverpul”la oyundan əvvəl bəyan etdi ki, Fillips Uokerdən daha tez qayıda bilər.

Paulo Dibala (Argentina) Sual altındadır 

“Roma”nın ulduzu “Leççe” ilə matçda penalti zərbəsini yerinə yetirərkən zədə aldı. Mourinyo hamını qorxutdu ki, Dibala dünya çempionatından kənarda qalacaq. Lakin müayinədən sonra bəlli oldu ki, vəziyyət o qədər də acınacaqlı deyil. Hələ də şans var.

Anxel di Mariya (Argentina) Sual altındadır 

media-ruebb9ce44f01

Proqnozlara görə, futbolçu məhz elə mundial ərəfəsində qayıtmalıdır. Lakin zədələrə meyilli olan Di Mariya İtaliyada oynadığı bir neçə ay ərzində ilk dəfə deyil ki, belə halla üzləşir.

Raul Ximenes (Meksika) Sual altındadır 

Meksikanın əsas hücumçusu başından zədə aldıqdan sonra çətin bərpa dövrü keçir. Amma o, dünya çempionatına getməli idi. Mövsümün gedişində Ximenesin ombasında ağrılar başladı. İndi forvard Meksikada bərpa keçir və ümid edir ki, mundiala kimi düzələcək.

Xesus Korona (Meksika) Sual altındadır 

“Sevilya”nın yarımmüdafiəçisi hələ ki İspaniyadadır. Lakin Meksika Futbol Federasiyası ona deyir ki, artıq vətənə qayıdıb millinin həkimlərinin nəzarıtində olmalısan. Əgər o, Meksikaya getməsə, dünya çempionatında oynamağı ağlından çıxara bilər.

Marko Roys (Almaniya) Sual altındadır 

Yenidən böyük turnir yaxınlaşır və Roysun səhhətində problem yaranır. Sentyabrda “Borussiya”nın kapitanının ayaq bilək bağının qırılması müəyyən olunmuşdu. Marko artıq qaydıb və “Union”a qarşı bir hissə meydanda olub.

Leroy Sane (İngiltərə) Sual altındadır 

Əla forma yığmış “Bayern Münhen”in hücumçusu “Frayburq”a qarşı oyunda sol budundan zədə aldı. Münhen klubu hələ ki futbolçunun nə vaxt yaşıl meydanlara qayıdacağı ilə bağlı heç bir açıqlama verməyib. Lakin Almaniya millisinin azarkeşləri artıq narahat olurlar.

Marselo Brozoviç (Xorvatiya) Sual altındadır 

Brozoviç “İnter”in və Xorvatiya yığmasının əsas yarımmüdafiəçisidr. O, sentyabrda Millətlər Liqasının oyununda zədələndi və A seriyasının 3 turunu buraxmalı olub. Proqnozlara görə, noyabrın 4-də dönməlidir.

 

Bənzər xəbərlər