"DÇ-2026-da çempion olmağa potensialımız var" - Roberto Mançini
İtaliya millisinin baş məşqçisi Roberto Mançini hesab edir ki, komandası DÇ-2026-da çempion ola bilər. Msport.az xəbər verir ki, o, Millətlər Liqasında Niderlandla 3-cü yer uğrunda oyundan əvvəl bu fikirləri səsləndirib:
“Bu güclü komandaya qarşı beynəlxal səviyyədə oyundur. Biz yaxşı oynayıb, qalib gəlməyə çalışmalıyıq.
Qrup mərhələsində bir çoxunu tanımadığınız gənc futbolçular oynadılar. İndi onların bəziləri gənclər yığmasına gedib. Həm də yarımfinaldan əvvəl Bastonini itirdik. Odur ki, heyətlə bağlı müəyyən problemlərimiz var.
Yenə də o fikirdə qalıram ki, bizim DÇ-2026-ya vəsiqə qazanıb orda qalib gəlməyə potensialımız var”.







