featured-image-30081

FİFA ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi DÇ-2026-nın loqosunu təqdim edib. Msport.az xəbər verir ki, loqoda dünya kuboku 26 müxtəlif rəngdə əks olunmuş naxışların üzrəində təsvir olunub.

Loqo Los-Ancelesdə keçirilən xüsusi tədbirdə təqdim olunub. Yaxın vaxtlrda mundialı qəbul edəcək ABŞ, Kanada və Meksikanın 16 şəhərində loqonun təqdimat mərasimi keçiriləcək.

Qeyd edək ki, DÇ-2026-da ilk dəfə 48 komanda mübarizə aparacaq. Buna qədər yarışda 32 kollektiv iştirak edirdi.

ANAR

Bənzər xəbərlər