featured-image-46508

FİFA prezidenti Canni İnfantino DÇ-2030-un niyə 6 ölkədə keçiriləcəyinə aydınlıq gətirib. Msport.az xəbər verir ki, dünya futbol qurumunun rəhbəri bildirib ki, bu mundial bütün dünyanı birləşdirəcək:

“2030-cü ildə keçiriləcək dünya çempionatı tam fərqli, unikal bir yarış olacaq. Bu, 100 illiyə həsr olunmuş (ilk DÇ 1930-cu ildə keçirilib), bütün dünyanı birləşdirən bayram olacaq.

2030-cu ildən söhbət düşəndə o dəqiqə fikirləşdim ki, nəsə xüsusi bir şey hazırlamalıyıq. Hamımız futbolun tarixini unutmamalıyıq”.

Xatırladaq ki, DÇ-2030 3 qitədə və 6 ölkədə təşkil olunacaq. Mundialın əksər oyunları Mərakeş, İspaniya və Portuqaliyada keçiriləcək. Üç oyuna Cənubi Amerika ev sahibliyi edəcək. Açılış oyunu Uruqvayda olacaq, orada həmin gün yerli komanda mübarizə aparacaq. Argentina və Paraqvay da qrupdakı ilk oyunlarını doğma tribunalar qarşısında keçirəcəklər.

Bənzər xəbərlər