featured-image-58032

2034-cü ildə futbol üzrə dünya çempionatının final görüşünün keçiriləcəyi stadion bəlli olub.

Msport.az FIFA-nin rəsmi saytına istinadən xəbər verir ki, həlledici qarşılaşma Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Salman Stadionunda təşkil olunacaq.

92 mindən çox tamaşaçı tutumuna malik arena həmçinin mundialın açılış oyununu qəbul edəcək. Matçlar ümumilikdə 5 şəhərin 15 stadionunda reallaşacaq.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı dünya çempionatına evsahibliyi etmək üçün rəsmi müraciət ünvanlayaraq namizədliyini irəli sürüb. Avstraliya və İndoneziya isə FIFA-ya rəsmi müraciət ünvanlasalar da, namizədliklərini verməkdən imtina ediblər.

Bənzər xəbərlər